DİN: İmişlidə yanğın zamanı beş polis əməkdaşı tüstüdən zəhərlənib

saytların hazırlanması

Evə çatdırılma

DİN: İmişlidə yanğın zamanı beş polis əməkdaşı tüstüdən zəhərlənib

Hadisə

26 İyun 2021 20:05 1310


Xəbər verdiyimiz kimi, iyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb.

Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. pizza hut

Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir.

Yanğının başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!