DİN-in Akademiyasının kursantları AzTU-nun qonağı olublar

saytların hazırlanması

Evə çatdırılma

 DİN-in Akademiyasının kursantları AzTU-nun qonağı olublar

Sosial

07 Oktyabr 2019 14:35 1667


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və  Azərbaycan Texniki Universiteti (AzTU) arasında informasiya təhlükəsizliyi ilə əlaqəli bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində akademiyanın informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi oktyabrın 7-də AzTU-nun qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, kursantlar AzTU-nun imtahan otaqları, laboratoriyaları, muzeyləri, server otaqları və “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrası ilə yaxından tanış olublar. 

Daha sonra hər iki universitetin tələbələrinin iştirakı ilə universitetin iclas zalında görüş keçirilib. Görüşdə AzTU-nun “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrasının müdiri Mehman Həsənovun “Azərbaycanın ağıllı şəhərlərinin və təhlükəsizliyinin inkişafı üçün innovasiyalar” mövzusunda məruzəsi maraqla dinlənilib. Məruzədə gələcəyin ən müasir texnologiyaları haqqında məlumat verilib. Toyuqlu pizza

Qeyd edək ki, kursantlar Polis Akademiyası rəisinin Tədris işləri üzrə müşaviri Səməd Hümbətov, Tədris şöbəsinin inspektoru Rüfət Abdullayev və Texniki şöbənin baş inspektoru Xaliq Piriyevin rəhbərliyi ilə AzTU-da olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!