DİN-in İdarə rəisindən QHT-lərə irad - Hər il eyni layihələr verilir

saytların hazırlanması

Evə çatdırılma

DİN-in İdarə rəisindən QHT-lərə irad - Hər il eyni layihələr verilir

Maraqlı

08 May 2023 11:46 672


Gəncədə sığınacaq tikilməsi üçün sahə ayrılıb. 

Yenisabah.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov bildirib. 

Həzi Aslanov deyib ki, son 3 ildə QHT-lərə insan alverinə qarşı mübarizə sahəsində ayrılan vəsaitin artırılmasına ehtiyac olduğu barədə fikirlərlə razıdır: “Ancaq bir irad da var. Hər il həyata keçirilən layihələr demək olar ki, təkrarlanır. Təqdim olunan layihə tutarlı olmalıdır. Çünki təqdim edilən layihələrin maliyyə tutumu 6-7 min manat olur”.  Dominos pizza

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc insan alveri ilə bağlı məsələlərə daxili işlər nazirinin çox həssas yanaşdığını, belə şəxslərin əfvinə müsbət yanaşmadığını nəzərə çatdırıb. O, bu halı təqdir edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!