DİN məlumat yaydı: Xankəndi, Xocavənd və Xocalıda...

saytların hazırlanması

Evə çatdırılma

DİN məlumat yaydı: Xankəndi, Xocavənd və Xocalıda...

Hadisə

31 Avqust 2024 14:54 822


Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Toyuqlu pizza

Həyata keçirilən tədbirlərlə 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4 707 ədəd müxtəlifçaplı patron və digər sursat, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlifçaplı patron və digər sursat aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!