Ermənistanm DİN hakim partiyadan olan namizədin İran vətəndaşı olub-olmadığını araşdırır.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, "Vətəndaş Müqaviləsi" partiyasından millət vəkilliyinə namizəd Tiqran Davudyanın xarici vətəndaşlığı barədə məlumat yoxdur.
Bu, DİN-dən verilən açıqlamada bildirilir. Dördpendirli pizza
Qeyd edək ki, mediada Davudyanın 1999-cu ildən bəri İran vətəndaşı olduğu barədə materiallar dərc olunub.
Nazirliyin mətbuat xidmətinin KİV-ə verdiyi izahatında bildirilir ki, 17 may 2021-ci il tarixdə Tiqran Davudyan pasport şöbəsinə son 4 ildə Ermənistan vətəndaşı olduğunu təsdiqləyən arayış təqdim edib.
Qurumun açıqlamasında deyilir: “Vizalar və pasportlar şöbəsinin arxivinə əsasən, 06.10.1999-cu il tarixə Tiqran Davudyan Ermənistan vətəndaşı idi. İnformasiya arxivində T.Davudyanın İran da daxil olmaqla, xarici vətəndaşlığı barədə məlumat yoxdur. Amma onun İran vətəndaşlığı barədə məlumatla əlaqədar olaraq əlavə araşdırma aparılır”.
Telegram kanalımız