DİN növbəti dəfə vətəndaşlara müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

DİN növbəti dəfə vətəndaşlara müraciət edib

Kriminal

10 Noyabr 2020 17:11 1003


Daxili İşlər Nazirliyi (DİN) komendant saatı ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər! Pepperoni pizza

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.

Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!