Vətəndaşların işğaldan azad olunmuş bölgələrə qanunsuz keçidinin qarşısının alınması məqsədilə bəzi tədbirlər alınıb.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavabında bildirib.
O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının bölgəyə ezamı ilə bağlı qeyd edib ki, Qurban Bayramı münasibətilə bəzi işbazlar təsərrüfat sahibi kimi həmin əraziyə keçmək istədiyinə görə həmin ərazidə vətəndaşların minalanmış əraziyə keçməsinin qarşısının alınması məqsədi ilə orada gücləndirilmiş iş rejiminə keçirilib. Həmçinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin cəmi 2 əməkdaşı oraya ezam olunub. Toyuqlu pizza
Telegram kanalımız