Daxili İşlər Nazirliyi (DİN) sürücüləri bir daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır.
“Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir. pizza mizza
Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”, - məlumatda deyilir.
Telegram kanalımız