“Komandanlıq 300 nəfər deyir, 600 xüsusi təyinatlı qabağa çıxır” -   DİN rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Komandanlıq 300 nəfər deyir, 600 xüsusi təyinatlı qabağa çıxır” - DİN rəsmisi

Sosial

13 Noyabr 2025 12:42 489


“Bir həqiqəti yazmağı özümə borc bilirəm. Hərbi əməliyyatlar başlayanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından 300 xüsusi təyinatlının seçilməsi tapşırığı verilir. Sırada 600 nəfər dayanır. Komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” deyir. Və həmin an - 600 nəfərin hamısı eyni anda önə çıxaraq “Hazırıq!” deyir”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu, sadəcə bir seçim deyildi: pizza mizza

“Bu, Vətənə sədaqətin ölçüsüz nümunəsi idi. Həmin igidlərdən 29-u Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Onların hər biri bu xalqın şərəf salnaməsinə adı yazılan qəhrəmanlardır. Allah şəhidlərimizə rəhmət eləsin”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!