DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yaydı

Kriminal

01 İyun 2022 23:07 1144


Bu gün polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib.

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunmuşdur.

Narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb. Sezar pizza

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilmişdir. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməmişdir.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!