DİN Sumqayıtdakı ölüm hadisəsi ilə bağlı məlumat yaydı 

saytların hazırlanması

Evə çatdırılma

DİN Sumqayıtdakı ölüm hadisəsi ilə bağlı məlumat yaydı 

Hadisə

17 İyun 2024 21:08 449


Bəzi sosial media səhifələrində iyunun 14-də gecə saatlarında Sumqayıtda şəhər sakini 37 yaşlı Elvin İsgəndərovun polis bölməsində xəsarətlərdən ölməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. 

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. 

Sumqayıt şəhərində kafelərin birində sərxoş vəziyyətdə bir neçə şəxs arasında münaqişə olması ilə bağlı daxil olan məlumat üzrə saat 23:30 radələrində polis əməkdaşları həmin ünvana yaxınlaşıblar.  pizza

Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan E.İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, E.İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub. 

Qeyd olunanları nəzərə alaraq vətəndaşın ölümündə hər hansı kənar müdaxilə olması iddiaları əsassızdır. 

Hazırda ölüm faktı aidiyyəti üzrə araşdırılır, kamera görüntüləri də araşdırmaya təqdim edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!