DİN və DSX İranla sərhəddə əməliyyat keçirdi

saytların hazırlanması

Evə çatdırılma

DİN və DSX İranla sərhəddə əməliyyat keçirdi

Maraqlı

25 İyun 2023 13:27 727


İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. 

Bu barədə Yenisabah.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan tarixdə saat 07:00-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.  pizza sifarişi

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!