DİN və SOCAR sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DİN və SOCAR sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı məlumat yaydı

Sosial

27 Dekabr 2019 15:34 1068


“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və SOCAR-ın mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.  

Keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən ediliblər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf ediblər. Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcək. pizza mizza

Hazırda DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!