Din xadimləri də koronavirusla mübarizəyə qoşuldular   - 39 984 manat köçürdülər

saytların hazırlanması

Evə çatdırılma

Din xadimləri də koronavirusla mübarizəyə qoşuldular - 39 984 manat köçürdülər

Sosial

29 Aprel 2020 16:50 947


Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi yardım alan din xadimləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

Yenisabah.az xəbər verir ki, Azərbaycanda koronavirusla (Covid 19) mübarizə istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə ölkədə rəsmi təyinatla fəaliyyət göstərən din xadimləri də real addım atıblar. Onlar aldıqları aylıq maddi yardımın bir qismini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməklə bağlı təşəbbüslə çıxış edərək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna çoxsaylı müraciətlər ünvanlayıblar.

Fondun Himayəçilər Şurası tərəfindən məqsədəuyğun hesab edilərək dəstəklənən bu müraciətlər nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulan din xadimləri könüllü şəkildə Fondun vasitəsilə ümumilikdə 39 984 (otuz doqquz min doqquz yüz səksən dörd) manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!