DİN “Zevs”lə bağlı hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

DİN “Zevs”lə bağlı hərəkətə keçdi

Hadisə

15 İyun 2021 11:29 1064


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”. pizza

Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan yutub kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. R.Quliyev daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını qıraraq lentə almışdı. Daha sonra həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!