“Dinamo” – “Neftçi” oyununun hakimləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Dinamo” – “Neftçi” oyununun hakimləri açıqlandı

İdman

25 İyun 2021 10:30 1118


"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su ilə Tbilisidə keçirəcəyi I təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Yenisabah.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma İsraildən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim David Fuksmana Nati Dotan və Matityahu Yakobov yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.

UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq. Dördpendirli pizza

Qeyd edək ki, iyulun 7-də Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasında iyulun 14-də “Bakcell Arena”da gerçəkləşəcək cavab matçı saat 21:00 start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!