“Dinamo” qələbə qazandı, Mahir ilk qolu vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Dinamo” qələbə qazandı, Mahir ilk qolu vurdu

İdman

04 İyul 2023 10:44 1279


Zaqreb "Dinamo"su Sloveniyada təlim-məşq toplanışı çərçivəsində "SSKA 1948"ə (Bolqarıstan) qarşı yoxlama oyunu keçirib.  

Yenisabah.az xəbər verir ki, ilk 11-likdə millimizin üzvü Mahir Emreli də yer alıb. O, ilk hissədə Bruno Petkoviçin ötürməsindən sonra 21-ci dəqiqədə qol vuraraq hesabı açıb. Matç isə "Dinamo"nun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Zaqreb təmsilçisinin digər qollarını 2-ci hissədə Drmiç və Spikiç vurublar. M.Emreli 1-ci hissədən sonra əvəzlənib.

Qeyd edək ki, bu gün keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Dördpendirli pizza

Xatırladaq ki, M.Emreli bundan əvvəl "Koper"lə yoxlama görüşündə (2:2) 46-cı dəqiqədə meydana daxil olmuşdu.

3 iyul

Yoxlama oyunu

20:00. "Dinamo" (Zaqreb) - "SSKA - 1948" - 3:2

Qollar: Mahir Emreli, 21, Drmiç, 49 (2:0), Şpikiç, 55 (3:0), Tsenov, 61 (3:1), Moharrami, 64-avtoqol (3:2) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!