“Dinc inkişaf erasını açmaq üçün bizə güclü əsəblər lazımdır“ - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Dinc inkişaf erasını açmaq üçün bizə güclü əsəblər lazımdır“ - Paşinyan

Rəsmi

13 Yanvar 2022 12:38 726


"Təəssüf ki, sərhəddə insidentlər davam edir, nəticədə hərbçilər ölür".

Yenisabah.az "Aysor"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

“Biz siyasətimizi elan etdik və dedim ki, prioritet müdafiə qabiliyyətimizi artırmaqdır. Amma, digər tərəfdən, bildirdim ki, elan etdiyimiz dinc inkişaf dövrünü açmaq üçün güclü əsəblər lazımdır”, - deyə Paşinyan qeyd edib. pizza

O vurğulayıb ki, çoxları bunun mümkün olmadığını sübut etməyə çalışacaq:

“Biz ardıcıl olaraq bu yolla gedəcəyik və ölkəmiz ətrafında sabit və təhlükəsiz atmosfer yaratmaq üçün hər şeyi etməliyik. Siyasi baxımdan bu, bizim əsas vəzifəmizdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!