Dini məktəbin qadın müəllimindən əxlaqsız hərəkət

saytların hazırlanması

Evə çatdırılma

Dini məktəbin qadın müəllimindən əxlaqsız hərəkət

Hadisə

06 Fevral 2024 16:27 775


ABŞ-da katolik lisey müəlliməsi şagirdini aldadıb təcavüz etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə WPVI-TV məlumat yayıb.

30 yaşlı Barbara Korbö Pensilvaniya ştatının Filadelfiya şəhərindəki məktəbdə ingilis dili müəllimi olub. Onunla yeniyetmə arasında əlaqə yanvarın 18-də başqa bir şagird vasitəsilə məlum olub. Bundan sonra B. Korbo işdən çıxarılıb. pizza mizza

Jurnalist Stiv Kellinin Twitter-də verdiyi məlumata görə, müəllimə şagirdlə 2021-ci ilin dekabrında kampusdan kənarda maşında cinsi əlaqədə olub. Korboya bir neçə maddə üzrə ittiham irəli sürülüb. O cümlədən azyaşlıya qarşı cinsi zorakılıq və təzyiqdə ittiham olunur.

Həbs edilən müəllim 50.000 dollarlıq girov ilk 10 faizini ödədikdən sonra sərbəst buraxılıb. Filadelfiya polisi hələlik başqa təfərrüatları açıqlamayıb. Təhsil müəssisəsinin rəhbərliyi valideynləri və hüquq-mühafizə orqanlarını əmin edib ki, Korbo müəllim işə qəbul olunmazdan əvvəl psixoloji testdən və polis yoxlamasından keçib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır./Milli.Az

  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!