Misli Premyer Liqasının 26-cı turunda “Qarabağ”la qarşılaşacaq “Səbail” oyuna ciddi itkilərlər çıxacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında komandanın baş məşqçisi Şahin Diniyev deyib.
O, 5 futbolçunun Ağdam klubuna qarşı oynamayacağını bildirib: “Qış fasiləsindən sonra tam heyətlə oynaya bilmirik. Franko Mazurek və Rahid Əmirquliyev zədəlidir. Qustavo və Ağabala Ramazanov isə cəzalıdır. Ruslan Hacıyev zədədən sonra yavaş-yavaş özünə gəlir. Hələ oyuna hazır deyil. Komandada bu cür çatışmazlıqlarımız var”. Dominos pizza
Qeyd edək ki, martın 11-də keçiriləcək “Qarabağ” – “Səbail” matçı saat 18:00-da başlayacaq.
Telegram kanalımız