Diplomatik korpus və hərbi atteşelər Gəncəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Diplomatik korpus və hərbi atteşelər Gəncəyə gedir

Hadisə

17 Oktyabr 2020 13:38 997


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi atteşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

“Diplomatik korpus və hərbi atteşelərlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, deyə H.Hacıyev yazıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!