“Diplomatik mexanizmə ehtiyac yoxdur” -   Azərbaycan Ordusu problemi həll edir

saytların hazırlanması

Evə çatdırılma

“Diplomatik mexanizmə ehtiyac yoxdur” - Azərbaycan Ordusu problemi həll edir

Siyasət

06 Oktyabr 2020 17:07 1420


Dağlıq Qarabağ  münaqişəsinin yenidən alovlanması ATƏT-in Minsk qrupunun fəaliyyət(sizliy)ini müzakirə mövzusuna çevirib. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma keçib işğal altındakı torpaqlarımızı azad etməsi fonunda müharibənin dayandırılması, Minsk qrupunun ləğv edilməsi, əvəzində yeni diplomatik mexanizmin qurulması məsələsi də gündəmə gətirilir.

Maraqlıdır, bu yeni mexanizm necə olmalıdır?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan millət vəkili, politoloq Aydın Mirzəzadə qeyd edib ki, əgər Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad edirsə, artıq heç bir qrupa, heç bir vasitəçiliyə ehtiyac qalmır: Pepperoni pizza

“1990-cı illərdə ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün yaradılmışdı və əsas məqsəd torpaqların işğalına son  qoymaq idi. Torpaqlar işğaldan azad edildikdən sonra Ermənistanla Azərbaycan arasında ancaq sərhədlərin demarkasiyası haqqında bir müqavilə bağlanacaq. Artıq nə danışıqlara, nə də məsələnin həll edilməsinə ehtiyac qalacaq.  Azərbaycan Ordusu 30 ildə  Minsk qrupunun həll edə bilmədiyi problemi bir neçə günə həll edir. Problem olmayandan sonra diplomatik mexanizmə ehtiyac yoxdur. Azərbaycan Ordusu Ermənistan-Azərbaycan sərhəddini bərpa etdikdən sonra Ermənistanın nə fəaliyyət göstərəcəyi, nə iddia qaldıracağı Azərbaycan üçün maraqlı deyil”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!