Diqqət: Bakıda saxta siroplar satılır

saytların hazırlanması

Evə çatdırılma

Diqqət: Bakıda saxta siroplar satılır

Sağlamlıq

21 Fevral 2020 12:55 1532


Vətəndaşın aptekdən aldığı siropun saxta olduğu məlum olub. "Yeni Sabah" Medicina.az-a istinadən xəbər verir ki, Bakı sakini "Planet" aptekdən daima aldığı siropdan alıb. Lakin siropun qablaşdırılmasından şübhələndiyi üçün onu daha əvvəl aldığı orijinal siropla müqayisə edib. Məlum olub ki, dərman həqiqətən də saxtadır. Lakin həmin şəxs aptekin siropu geri qaytaracağını da bildirib. Onun sözlərinə görə təchizatçı "Avromed"dir. Bundan əlavə, aptekdə saxta sirop orijinal siropla eyni qiymətə satılır: 23 manat 30 qəpik. İki qablaşdırma arasındakı fərq: - Saxta siropun üzərində ekspertizada yoxlanış üçün seriya nömrəsi yoxdur. - Saxta qablaşdırmanın üzərinə "antipaaziter" yazılıb. Orjinal qablaşdırmada isə "antiparaziter" olmalıdır. - Qutunun dizaynı, preparadın adının yazılışında incə səhvlər var. - Orijinal siropla eyni effekti vermir. https://cdn.yenisabah.az/files/02_51582275347.png
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!