Diqqət! Bu çimərliklər təhlükəlidir

saytların hazırlanması

Evə çatdırılma

Diqqət! Bu çimərliklər təhlükəlidir

Sosial

02 Avqust 2019 07:37 1010


"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-də çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb. Bu dəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir". 

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir: "Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır". pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!