Diqqət: Bu ərazilərdə karantin postları hələ də qalır - Video

saytların hazırlanması

Evə çatdırılma

Diqqət: Bu ərazilərdə karantin postları hələ də qalır - Video

Sosial

18 May 2020 19:08 2389


Lənkəranda xüsusi karantin rejimi zamanı tətbiq edilən qadağaların yüngülləşdirilməsi sakinlərin uzun müddətli intizarına son qoyub.

Yenisabah.az xəbər verir ki, iki ay müddətində yalnız zəruri hallarda evdən çıxmasına icazə verilən insanlar tədricən normal həyat ritminə qayıdır.

Hər kəs öz işinin başına dönür. Uzun müddətdir ev şəraitində qaldıqdan sonra yaşı 65-dən çox olan insanlar da dincəlmək üçün park və istirahət guşələrinə üz tutur. Toyuqlu pizza

Azyaşlı uşaqlar isə hamıdan çox sevinir, onlar heç nə olmamış kimi öz əyləncələrinə davam edir.

Restoranlarda müştərilərin yerində qəbulu üçün işçilər təlimatlandırılıb. İctimai iaşə məkanları sosial izolyasiya qaydaları, bütün gigiyenik qaydaların gözlənilməsi üçün zəruri tədbirlər görür, dezinfeksiya işləri aparılır. Çay evlərində isə müştərilər əsasən açıq havada oturmağa üstünlük verirlər.

Lənkəranın 6 kəndində - Separadi, Vilvan, Şağlaser, Sütəmurdov, Şilavar və Boladi kəndlərində son günlər koronavirusa yoluxma halları müşahidə olunduğundan bu kəndlərin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb. Təlimata uyğun olaraq yoxlamalar aparılır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!