DİQQƏT! Bu il Azərbaycanda 2 bank bağlana bilər

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu il Azərbaycanda 2 bank bağlana bilər

İqtisadiyyat

16 Yanvar 2024 19:00 6458


Məlum olduğu kimi, son illər Azərbaycanda bağalanan bankların sayı artıb.

Yenisabah.az Yeniavaz.com-a istinadən xəbər verir ki, son 3 ildə 7 bankın lisenziyası ləğv olunub.

Yola saldığımız 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – "Günay Bank” ASC və "Muğanbank” ASC bağlanıb. pizza mizza

Bəs görəsən, 2024-cü ildə hansı bankları bağlanma təhlükəsiz gözləyir?

Bankların 2023-cü il üçün açıqladığı maliyyə hesabatlarına baxdığımız zaman belə görünür ki, hazırda bağlanma təhlükəsiylə qarşı-qarşıya qalan əsas bank "Bank BTB” hesab olunur.

"Bank BTB” yeganə bankdır ki, son 4 ilin 3-nü zərərlə başa vurub. Bundan başqa, 2023-cü ildə "Bank BTB”də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon  491 manat və ya 2022-ci illə müqayisədə  39% azalıb.

Bəzi maliyyə göstəriciləri pisləşən banklardan biri də, "Premium Bank” ASC-dir. "Premium Bank” ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il "Premium Bank” ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb.

Onu da bildirək ki, adları çəkilən hər iki bank sabiq yüksək rütbəli məmurların ailə üzvlərinə məxsusdur.

"Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. "Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

"Premium Bank”ın əsas səhmdarı isə AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Adil Mehdiyev
    Bir deputat ded,i millət yaxşı yaşayır, ona görə depozitə pul yatırır və vergiyə cəlb edilsin. Olan qalan çıxardı yiqdi döşəyinin altına. İndi də, iki bank kimə görəsə baqlamaq, yenə də depozitə inamı itirmək deməkdir. Dövlət calişsin köməklik etsin ki, millətdə də banklara inam olsun
    2 years ago