Diqqət: Bunlar ölkədən çıxarıla bilməz

saytların hazırlanması

Evə çatdırılma

Diqqət: Bunlar ölkədən çıxarıla bilməz

Maraqlı

11 Avqust 2022 23:23 1826


“Dövlət əhəmiyyətli, Azərbaycan tarixini özündə əks etdirən əşyaların ölkədən çıxarılması qadağandır”.

 Bunu Yenisabah.az-a hüquqşünas, politoloq Xəyal Bəşirli deyib.

 Hüquqşünas bununla bağlı bir neçə nümunə göstərib: pizza hut

“Misal üçün, Azərbaycan mətbuatının ilk incilərindən biri olan Molla Nəsrəddin jurnalının orijinal nüsxəsi var. Həmin o nüsxələr Azərbaycanın tarixinə aid olan və eyni zamanda  Azərbaycan mətbuatının tarixinə aid olan nadir nüsxələrdən biri olduğuna görə, əsillərinin ölkədən çıxarılmasıyla bağlı qadağalar var. İstənilən ölkədə onun tarixi irsini özündə ehtiva edən əşyaların ölkədən çıxarılması qanunla qadağandır. Eləcə də Azərbaycan tarixiylə bağlı, özündə tarixi simvolları, izləri əks etdirən incilərin ölkədən çıxarılması qadağandır. Məsələn, Səttar Bəhlulzadə və Azərbaycanın digər rəssamlarının əl işlərinin əsillərinin ölkədən çıxarılması yolverilməzdir. Burda təkcə Azərbaycan tarixini özündə ehtiva edən əşyalardan söhbət getmir, eyni zamanda, əsərlər də nəzərdə tutulur. Nazirlər Kabinetinin bu məsələylə bağlı qərarı var”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!