DİQQƏT! Əhaliyə   XƏBƏRDARLIQ - Növbəti iki gün...

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Əhaliyə XƏBƏRDARLIQ - Növbəti iki gün...

Sosial

14 İyun 2025 14:30 4527


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyunun 15-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gəncə, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Salyan, Neftçala, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Ağdam, Ağdərə, Füzuli, İmişli, Beyləqan, Laçın, Cəbrayıl, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağcabədi, Saatlı, Sabirabad, Şirvan, Quba, Qusar, Şabran, Xaçmaz, Xızı, Siyəzəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Toyuqlu pizza

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Mingəçevir, Daşkəsən, Naftalan, Goranboy, Qobustan, Hacıqabul, Kəlbəcərdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!