Əhaliyə XƏBƏRDARLIQ -   Sabah saat 08:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ - Sabah saat 08:00-dan...

Sosial

19 Sentyabr 2025 15:02 36469


Bakıda aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan sentyabrın 21-i saat 22:00-a qədər paytaxtın Yasamal rayonunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Yenisabah.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, söhbət Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinə qədər olan hissədən, eləcə də Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinə qədər olan hissədən gedir. Pepperoni pizza

"Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!