DİQQƏT: Sərt karantin qayıdır? – 8 günlük tətil günlərində...

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT: Sərt karantin qayıdır? – 8 günlük tətil günlərində...

Sosial

19 May 2020 07:39 10125


"Qonşu Türkiyədə belə bir təcrübə var ki, həftəsonu xüsusi rejim tətbiq olunur. Ramazan bayramında Azərbaycanda rejim necə olacaq, hələlik bunu bilmirik, müzakirə olunur”.

“Yeni Sabah” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bayram günlərində tətbiq oluna biləcək xüsusi rejimi şərh edərkən bildirib.

Onun sözlərinə görə, qərarlar statistikaya əsaslanır: pizza hut

"Ramazan bayramında rejimin necə olacağı ictimiayyətə bildiriləcək. Ola bilər ki, bəzi qaydalar tətbiq edilsin. Müvəqqəti olaraq bəzi sərtləşmələr olsun. İş günləri başlayandan sonra bunlar aradan qaldırıla bilər. Hər şey görəcəyimiz dinamikadan asılıdır. Biz addım-addım yumşalmağa gedirik. Görsək ki, rəqəmlər idarə olunacaq səviyyədədir, o zaman heç bir problem olmayacaq. Gözlənilmədən ciddi artım olsa, məcburən məhdudiyyətlərə gedəcəyik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!