Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Dördpendirli pizza
"Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - BŞTİ-dən bildirilib.
Sosail şəbəkələrdə yayılan səs yazısının 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya aid olduğu iddia edilir. Bildirilir ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.
Telegram kanalımız