Türkiyənin Diyarbakır şəhərində polis mikroavtobusunun partladılması ilə əməliyyat advam edir. Terror aktını törətməkdə şübhəli bilinən daha 3 nəfər saxlanılıb.
Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Diyarbakır Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bununla da terror aktına görə saxlanılanların sayı 5-ə çatıb. Hazırda araşdırmalar davam etdirilir. Pepperoni pizza
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Diyarbakır şəhərində polisə məxsus nəqliyyat vasitəsi partladılıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Şübhəli şəxs qismində taksi sürücüsü və avomaşını icarəyə götürən şəxs saxlanılmışdı.
Telegram kanalımız