DMX:  176 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata düşmək istəyib

saytların hazırlanması

Evə çatdırılma

DMX: 176 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata düşmək istəyib

Sosial

17 Oktyabr 2025 17:44 177


Bu ilin 9 ayında 176 min 873 əcnəbi Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 58 min 930, vətəndaşlıq məsələləri ilə bağlı 947, Azərbaycanın vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 11 min 54, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı isə 7068 əcnəbi müraciət edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!