Braziliyada dodaq pirsinqi ifeksiyasından 20 yaşlı qız dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, Andressa Souza adlı gənc qız beyninin 37 faizini əhatə edən ölümcül infeksiyadan dünyasını dəyişib.
Souza Braziliyada bir xəstəxananın reanimasiya şöbəsində 24 gün qaldıqdan sonra ölüb. Həkimlər onun dodağına yeni pirsinq vurduqdan sonra beyin infeksiyasına yoluxduğunu müəyyən ediblər. pizza hut
Pirsinq qoyulduqdan qısa müddət sonra dodaq iltihablanıb, şişib və şiddətli başağrısı və qızdırma əmələ gəlməyə başlayıb.
Xəstəxanaya aparılan qız əməliyyat olunub və intubasiya edilib. O, iyunun 15-dən iyulun 9-dək reanimasiyada qalıb. Həkimlər iddia edirdilər ki, o, sağ qalsa belə, yəqin ki, vegetativ vəziyyətə düşəcəkdi.
Telegram kanalımız