Dodaqları əyilən, üz dərisi sıradan çıxan, bədəni çürüyən... - Psixoloq sirləri açdı

saytların hazırlanması

Evə çatdırılma

Dodaqları əyilən, üz dərisi sıradan çıxan, bədəni çürüyən... - Psixoloq sirləri açdı

Sosial

01 Mart 2025 15:15 660


"Qadınların xarici görünüşlərində dəyişiklik etmək istəklərində sosial medianın fəaliyyəti mənfi yöndə danılmazdır. Çox sayda insanın hər gün şüuraltına düşünülmüş və düşünülməmiş şəkildə standartlar yeridilir. Qadınlar informasiyaya uzun zaman məruz qaldıqda onların öz bədən quruluşunu bəyənməmələri meydana çıxır. Yalançı gözəllik standartları - ceyran göz, şişmiş dodaqlar, alının ortasınadək çəkilmiş süni qaşlar, əcaib əndam və.s daxildir. Bütün bunların adını isə qadın səliqəsi, gözəlliyi qoyurlar. Həqiqətın bu hal gözəllikdirmi?"

Bu sözləri psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a açıqlamasında bildirib. O, estetik prosedur və əməliyyatların qadınların psixologiyasına göstərdiyi təsirdən söz açıb:

“Hər bir orqanizm fərqlidir. Birinə tətbiq olunan əməliyyat digərinə tətbiq oluna bilməz. Bu əməliyyatlardan sonra çox sayda burnu çürüyən, dodaqları əyilən, üz dərisi sıradan çıxan, bədəni çürüyən qadın qurbanlar var. Belə hallar belə heç kimi qorxutmur. Bunun da öz səbəbləri var, insanların çoxu orta məktəb səviyyəsində biologiya dərsliyini oxumayıblar, tibbi savadları yetərsiz səviyyədədir. Bu əməliyyatlara girən xanımlar digərlərinə baxaraq hətta onların təzyiqi ilə bunları edirlər. Nəticə isə göz qabağındadır. Heç kimə bu əməliyyatların sonrakı fəsadı barədə məlumat verilmir. Onlara deyilmir bu qaşı sən ömrünün sonunadək çəkdirəcəksən, burnun yad cisim kimi olacaq - çökəcək, əyiləcək, üzünə vurulan maddələrin onkoloji xəstəliklər yaratma riski çox yüksəkdir, bel incəltmək üçün olan qabırğalara müdaxilə yaşlananda daxili orqanlarına fəsad verəcək, göz rəngini dəyişdiyini üçün ömrünün sonunadək göz dibini həkimlər rentgen edə bilməyəcək”.  Toyuqlu pizza

Psixoloq vurğulayıb ki, çox insan bu gün üçün yaşayır, sabah heç kimi düşündürmür:

“Orqanizm mükəmməl bio-mexanizmdir, ona əsasız müdaxilə mütləq illər sonra fəsad verir. İnsan öz görünüşü ilə barışıq olmalı, sağlam həyat tərzi keçirməli, intellekt səviyyəsini artırmalı, kütlə təfəkküründən uzaq olmalıdır. Hamının etdiyi doğru hərəkət demək deyil. Ağıllı insan öz xarici görünüşü ilə mübarizə aparmır, ona verilən ömrü sağlam və faydalı yaşayır”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!