"Çelsi"nin alman müdafiəçisi Antonio Rüdiger koronavirusla mübarizə çərçivəsində təqdirəlayiq addım atıb. Belə ki, o , Berlində anadan olduğu xəstəxanada tibb bacılarının 3 aylıq yemək xərclərini qarşılayacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə o "Çelsi"nin rəsmi saytına açıqlama verib: "Pasxadan əvvəl Berlin Çarit ilə əlaqə saxladım və ən çox hara yardım edə biləcəyimi soruşdum. Mənə yeməkxanar bağlı olduğu üçün yemək və içki tapmaqda çətinlik çəkdiklərini bildirdilər. Yemək xərclərini ən az 3 ay qarşılamağa qərar verdim. Berlinin mənə verdiyi hər şey üçün minnətdaram. Artıq bəzi şeyləri geri qaytarmağın vaxtıdır. Ümid edirəm ki, yaxın zamanda vəziyyət düzələcək".
Qeyd edək ki, bugünədək Almaniyada 148 min insanda COVİD-19 simptomları aşkarlanıb. Vəfat edənlərin sayı isə 5 mini keçib. pizza sifarişi
Sayad Həsənli
Telegram kanalımız