Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, xanımını doğum günü münasibətilə təbrik edib.
Sənətçi xanımı ilə birgə çəkilmiş fotolardan ibarət çoxsaylı görüntüləri paylaşaraq yazıb: Dördpendirli pizza
"Doğum günün mübarək, sevgim. Mən bacardığım qədər səni planetin ən xoşbəxt insanı etməyə çalışacağam! Sən möhtəşəmsən".
Qeyd edək ki, Ağalarov və Qavrilovanın toyu 2018-ci ildə keçirilib. Emin və Alyona cütlüyünün Afina adlı qızları var.
Alyona Qavrilova Emindən əvvəl rusiyalı iş adamı, "Russki standart" holdinqinin sahibi Rüstəm Tariko ilə vətəndaş nikahında yaşayıb. Onların birgə nikahdan bir oğlu var.
Telegram kanalımız