Doğuş xərcini ödəyə bilməyən ailə övladını xəstəxanaya satdı

saytların hazırlanması

Evə çatdırılma

Doğuş xərcini ödəyə bilməyən ailə övladını xəstəxanaya satdı

Dünya

03 Sentyabr 2020 01:57 957


Hindistanda bir ailə özəl xəstəxanada dünyaya gələn övladının doğuş xərclərini ödəyə bilmədiyi üçün uşağı satmağa məcbur edildiyini iddia edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Hadisə Hindistanın Uttar Pradeş əyalətinin Aqra şəhərində baş verib. Şiv Çaran adlı şəxs hamilə həyat yoldaşını doğum üçün özəl xəstəxanaya aparıb. Uşaq dünyaya gəldikdən sonra xəstəxanadan doğuş xərclərinin 35 000 rupi (813 manat) təşkil etdiyi bildirilib. Şiv Çaran sözügedən məbləği ödəyə bilmədikləri üçün xəstəxananın uşağı ailəyə təhvil vermədiyini bildirib və uşağın 100 000 rupi (2325 manat) qarşılığında satılmasına məcbur edildiyini qeyd edib. Sezar pizza

Xəstəxana isə sözügedən prosesin zorla baş vermədiyini, uşağın satılmadığını, övladlığa götürüldüyünü açıqlayıb.

Faktla bağlı istintaq başladılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!