Türkiyəli müğənni Doğuş həmkarını məhkəməyə verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Belə ki, həmkarı Bilal Sonsəsi məhkəməyə verən Doğuş qalib olacağı təqdirdə 5 kuruş (quruş) təzminat istəyib.
Sənətçi həmkarını ona aid mahnını təqlid etməkdə günahlandırıb. Marqarita pizza
Doğuşun vəkili tərəfindən təqdim edilən şikayət ərizəsində Bilal Sonsəsin "Elin olamam" mahnısının Doğuşun "Bunun adına yürek derler" mahnısı ilə eyni olduğu vurğulanıb.
Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir.
Telegram kanalımız