Doktoranturaya qəbul imtahanları: Nəticələr 4 həftə sonra məlum olacaq

saytların hazırlanması

Evə çatdırılma

Doktoranturaya qəbul imtahanları: Nəticələr 4 həftə sonra məlum olacaq

Sosial

06 İyul 2025 13:00 634


İyulun 1-5 də Dövlət İmtahan Mərkəzi (DİM) dil bilikləri üzrə Ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirib.

Yenisabah.az xəbər verir ki, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilib. Danışıq bloku üzrə imtahanda iştirak etməli olan 2144 nəfərdən 2027-si imtahana gəlib.

Xarici dil üzrə ümumi imtahan nəticələrinin 4 həftədən sonra elan olunması nəzərdə tutulur. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!