Dollar bu tarixdən bahalaşacaq   - 3 ildən sonra ilk dəfə

saytların hazırlanması

Evə çatdırılma

Dollar bu tarixdən bahalaşacaq - 3 ildən sonra ilk dəfə

İqtisadiyyat

16 Mart 2022 19:22 3654


ABŞ-ın Federal Ehtiyatlar Sistemi 3 ildən sonra ilk dəfə faiz dərəcələrini 0,25 faiz artıracaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat yayıb. Bildirilir ki, Mərkəzi Bankın iclası bu gün yerli vaxtla saat 16:00-da baş tutacaq. Ekspertlər hesab edir ki, faiz dərəcəsinin artırılması dünya birjalarına təsir edəcək və dolların dünya miqyasında yerli valyutalar qarşısında bahalaşması gözlənilir.

Qeyd edək ki, FES rəhbəri Cerum Pauell hələ bir müddət əvvəlki açıqlamasında mart ayından başlayaraq faiz dərəcəsini mərhələli şəkildə artırılacağını bəyan etmişdi. O bildirmişdi ki, ölkdə inflyasiya dərəcəsi düşməsə daha aqressiv qərarlar qəbul ediləcək. Dominos pizza

ABŞ-da inflyasiya dərəcəsi son 40 ilin ən yüksək həddinə - 7,9 faizə çatıb./Azxeber.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!