Dolları olanlara VACİB XƏBƏR: Manatın kursu... 

saytların hazırlanması

Evə çatdırılma

Dolları olanlara VACİB XƏBƏR: Manatın kursu... 

İqtisadiyyat

08 Aprel 2024 15:59 10761


“ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FED) kəskin faiz artımlarından sonra artıq faizlərin optimallaşdırılmasını həyata keçirməyə başlayıb. Bununla belə dünya bazarında dolların bir sıra aparıcı valyutalara nisbətən məzənnəsində artımlar var. Dollar avro münasibətlərində isə birincinin son dövrlər möhkəmlənməsi müşahidə olunur".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. 

Deputat əlavə edib ki, qonşu ölkələrdə də ABŞ dollarının güclənməsi müşahidə olunur: "Azərbaycanda isə yanvar-fevral aylarında dollara tələb daha yüksək olub. Mart-aprel aylarında keçirilən hərraclarda ilk olaraq tələb yüksək olsa da, sonuncu hərracda (4 aprel) dollara tələbin optimallaşması və azalmasının şahidi olduq.  Dördpendirli pizza

2024-cü ilin növbəti aylarında manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Ölkəmiz üzən valyuta rejiminə keçməyib. Bizdə tənzimlənən valyuta rejimidir. Buna görə, manatın məzənnəsinə praktik olaraq Mərkəzi Bankın mövqeyi, eyni zamanda tədiyyə balansının vəziyyəti təsir edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!