Dolların çöküşü başlayır? - Video

saytların hazırlanması

Evə çatdırılma

Dolların çöküşü başlayır? - Video

İqtisadiyyat

08 Yanvar 2021 00:29 1219


Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərindən sonra ölkədə artan siyasi qeyri-sabitlik və son olaraq baş verən iğtişaşlar, silahlı toqquşmalar dolları da risk altına salıb.

Yenisabah.az xəbər verir ki, ekspertlərin fikrincə, digər valyutalarla müqayisədə artıq dollar dəyərdən düşməyə başlayacaq. Çünki iqtisadi çöküş koronavirus infeksiyası Amerikaya kök salandan başlayıb. Son hadisələr isə bu prosesi daha da sürətləndirəcək.

ABŞ-da baş verən siyasi gərginlik ölkənin iqtisadiyyatına, xüsusilə milli valyutaya ciddi təsir edəcək. Dördpendirli pizza

İqtisadi-siyasi məsələlər üzrə ekspert Turab Rzayev deyir ki, ölkədəki siyasi qeyri-sabitlik dolların məzənnəsinə də təsirsiz ötüşməyəcək. Onsuz da zəifləməkdə olan bu valyutanın nüfuzu bundan sonra daha da azalacaq.

Daha ətraflı videoreportajda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!