Dolların kursu dəyişəcək? - “Mərkəzi Bankın qərarından asılıdır“

saytların hazırlanması

Evə çatdırılma

Dolların kursu dəyişəcək? - “Mərkəzi Bankın qərarından asılıdır“

İqtisadiyyat

26 Aprel 2022 10:26 397


"ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir. Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ puluna nisbətən dəyərsizləşməkdədir".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov yazıb.

O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib. pizza

"Dünya bazarında möhkəmlənən dolların manata nisbətən kursu necə dəyişəcək?

Əvvələrdə də qeyd etdiyimiz kimi, bütövlükdə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Neft Fondunun hərraca çıxardığı valyutanın miqdarıdır.

Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir”.

Vüqar Bayramov xatırladıb ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirməyib:

“Praktiki olaraq, manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. O, prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!