Doluxanyan oğluna verilən medaldan imtina etdi:   Bizə lazım deyil!

saytların hazırlanması

Evə çatdırılma

Doluxanyan oğluna verilən medaldan imtina etdi: Bizə lazım deyil!

Hadisə

04 Mart 2021 11:48 736


İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni oğluna ölümündən sonra verilən medaldan imtina edib.

Yenisabah.az xəbər verir ki, 20 yaşlı əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb.

O, medalın təqdim olunması qaydasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim edilməsini istəyib: “Əks halda bizə belə medal lazım deyil”. (Report) Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!