Donald Tramp Fridrix Mertsi tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Donald Tramp Fridrix Mertsi tənqid etdi

Dünya

30 Aprel 2026 18:19 88


ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq və öz çökmüş ölkəsini xilas etmək üçün daha çox vaxt sərf etməlidir. Xüsusilə də immiqrasiya və enerji sahələrində”,- Tramp vurğulayıb.

Tramp Almaniya liderinin Rusiya-Ukrayna məsələsində rolunun tamamilə qeyri-effektiv olduğunu qeyd edib.

O əlavə edib ki, Merts bunun əvəzinə “İranın nüvə təhdidinin aradan qaldırılması ilə məşğul olan ölkələrin işinə müdaxilə etməyə” isə daha az vaxt ayırmalıdır.

Qeyd edək ki, Almaniya Kansleri İranla müharibəyə qarşı çıxıb və bunun Avropaya ziyan verdiyini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!