Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı Şüa-diaqnostika şöbəsinin həkimi ağır xəsarət alıb.
Hadisə mərkəzin sözügedən şöbəsinin birinci mərtəbəsində qeydə alınıb. Partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb və dərhal xəstəxanaya hospitalizasiya olunub.
“Yeni Sabah” yaralanan həkim barədə məlumatları təqdim edir:
Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə həmin müəssisədə kliniki ordinatura keçib.
2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasyon onkoloq kimi fəaliyyət göstərir.
Həkim 2008–2012-ci illərdə Türkiyə və Rusiyada uzunmüddətli ixtisasartırma kurslarında iştirak edib.
Onun fəaliyyət istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən solid şişlərin və onkohematoloji xəstəliklərin şüa terapiyasıdır. Asif Nəsirlinin 9 elmi nəşri çap olunub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız