Donald Tramp koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Donald Tramp koronavirusa yoluxub

Siyasət

02 Oktyabr 2020 09:10 892


ABŞ prezidenti Donald Tramp və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti özü məlumat verib.

Xatıladaq ki, ABŞ Prezidenti daha əvvəl məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə getdiyini açıqlayıb. 

D.Tramp söyləyib ki, məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə gedib.

Bundan əvvəl isə D.Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib. Ancaq mənbələr qeyd edib ki, Ağ Ev başçısının koronavirusa yoluxub-yoluxmaması ilə bağlı hər hansı xəbər yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!