Donald Tramp və Si Cinpin arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Donald Tramp və Si Cinpin arasında telefon danışığı oldu

Siyasət

19 Sentyabr 2025 21:34 397


Çin dövlət başçısı Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evin xahişi ilə telefon danışığı olub.

Oxu.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı konstruktiv, praqmatik və müsbət olub.

Agentliyin məlumatına görə, iki lider Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmimi və ətraflı fikir mübadiləsi aparıblar. Pepperoni pizza

Si Cinpin bəyan edib ki, ABŞ danışıqların nəticələrinə xələl gətirməmək üçün birtərəfli ticarət məhdudiyyətlərindən çəkinməlidir. Onun sözlərinə görə, Çin və Birləşmiş Ştatlar tarixi xatırlamalı, sülhə dəyər verməli və daha parlaq gələcək qurmalıdırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!