Donald və Melaniya Tramp Lukaşenkoya şəxsi mesaj göndərdilər

saytların hazırlanması

Evə çatdırılma

Donald və Melaniya Tramp Lukaşenkoya şəxsi mesaj göndərdilər

Dünya

13 Dekabr 2025 22:36 720


ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Belarus Prezidenti Aleksandr Lukaşenkoya şəxsi müraciət göndəriblər.

Oxu.Az bu barədə "Vremya Pervoqo" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, şəxsi müraciətin alınmasını Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont Lukaşenkonun ABŞ nümayəndə heyəti ilə danışıqlarından sonra açıqlayıb. Onun sözlərinə görə, şəxsi mesaj ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Kol vasitəsilə dövlət başçısına çatdırılıb. pizza hut

Müraciətdə ABŞ prezidenti və birinci xanım Belarus tərəfinə və şəxsən Lukaşenkoya qonaqpərvərliyə, eləcə də Belarus tərəfinin əvvəllər onlara verdiyi hədiyyələrə görə təşəkkür ediblər. Tramp cütlüyü, həmçinin Lukaşenkonun Milad bayramını təbrik ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!